Rio-2016-ya cəmi 4 il qalır: “Gəlin, sizə qulluq edək”
Barselona-1992-nin nümunəsindən istifadə edən londonlular olimpiadadan sonra artıq heç nəyin olmayacağını və hər bir inşa olunan kompleksin əhalinin istifadəsi məqsədilə müəyyən ictimai-sosial obyektə çevriləcəyini vəd vermişdilər. Rio da geri qalmayacaq. Məsələn, güləş, cüdo, taekvondo, basketbol, həndbol arenaları yenə də 12 növ üzrə idmançıların qulluğunda dayanacaq və burada yeni nəslin yetişdirilməsi ilə də məşğul olacaqlar. Çünki bu idman növlərinin hamısı Braziliyada məşhurdur.

Bundan əlavə, arenalardan biri idman sahəsində elmi axtarışlar, fiziologiya və kliniki tibb laboratoriyasına çevriləcək. Bir sözlə, “Məşq zalı” adlandırılan arenaların hamısı idman sahəsində sözünü deyəcək.

İdman.com.az saytının məlumatına görə, Deodorudakı BMX mərkəzi də ekstremal idman növləri üzrə mərkəzə çevriləcək.
Təbii ki, iqlimə uyğunlaşma böyük əksəriyyət üçün problem yaradacaq. Braziliyalılar bu məsələdə də həssaslıq göstəriblər. Onlar 18 ştatın 74 şəhərində 178 idman bazasını ölkələrin ixtiyarına verməyə hazırdır. Təbii ki, hər bir ölkənin bundan istifadəsi Braziliyanın iqtisadiyyatına da təsir edən amilə çevriləcək. Bu sayaq, yaxın 3 il ərzində ölkəyə gələnlərin sayı 300 minə çata bilər.

Xəbər 1254 dəfə oxundu.