“Beşiktaş” qış transfer pəncərəsinin hazırlıqlarına indidən başlayıb
“Beşiktaş” qış transfer pəncərəsinin hazırlışlarına indidən başlayıb. İstanbul klubu yay transfer pəncərəsində heyətinə qatmaq istədiyi, amma razılaşa bilmədiyi Qabriyel Sisseni yenidən hədəfə alıb.
Klub prezidenti Fikrət Orman qış fasiləsində bu transferi həyata keçirmək istədiyini bildirib. 31 yaşlı futbolçunun “Queens Park”da xoşbəxt olmaması və ayrılmaq istəməsi türklərin işini asanlaşdırır.
Qeyd edək ki, fransız ulduzun 2006-cı ildə millinin heyətində Çin yığması ilə hazırlıq matçında ayağı sınmışdı. Sisse 41 dəfə milli formanı geyinib və 9 dəfə rəqib qapısına yol tapıb.

Xəbər 972 dəfə oxundu.