“Qalatasaray” yenidən Ronaldinyo transferini gündəmə gətirib
“Qalatasaray” yenidən Ronaldinyo transferini gündəmə gətirib. Bir ildi adı İstanbul klubu ilə yanaşı çəkilən ulduz futbolçunun qışda “Cim-Bom”la müqavilə bağlayacağı bildirilir.
Braziliyanın “Atletiko Mineyro” klubunda forma geyinən 32 yaşlı futbolçunun da yenidən Avropaya qayıtmaq istədiyini və ilk ünvanın da İstanbul klubu olduğunu bildirib.
Braziliya klubunda 18 oyuna 6 qol vuran Ronninin yanvar ayında “Qalatasaray”la ilyarımlıq müqavilə imzalaması gözlənilir.

Xəbər 840 dəfə oxundu.