Dünya çempionatının təqvimi məlum olub
Qadın voleybolçular arasında FİVB klublararası dünya çempionatının təqvimi məlum olub. Matçların cədvəli Azərbaycan çempionu üçün ötən ilki kimi yenə qeyri-münasibdir.

Belə ki, mundialın son qalibi yenə qrupda ilk oyun günündə - oktyabrın 14-də meydana çıxmayacaq. Voleybolçularımız mübarizəyə 1 gün sonra Cənubi Braziliya çempionu “Sollis Nestle” ilə başlayacaq. Qrup mərhələsində ikinci görüş oktyabrın 16-na təsadüf edəcək və komandamız Çinin “Bohay Bank” klubunu sınağa çəkəcək.

Ardıcıl 2-ci qarşılaşmaya çıxacaq “Rabitə” mərhələ adlayacağı halda digər rəqibi – qrupun güclüsü hesab olunan braziliyalılardan fərqli, 1 gün istirahətdən sonra yarımfinal oyununa çıxmalı olacaq. Digər qrupda isə ümumiyyətlə matçlar 1 gündən 1 baş tutacaq.

A qrupu
14 oktyabr
12:00. “Sollis Nestle” (Braziliya) - “Bohay Bank” (Çin)

15 oktyabr
17:00. “Rabitə” (Azərbaycan) - “Sollis Nestle” (Braziliya)

16 oktyabr
19:00. “Rabitə” (Azərbaycan) - “Bohay Bank” (Çin

B qrupu
13 oktyabr
12:00. “Kenya Prisons” (Keniya) - “Lançeras de Katano” (Puerto-Rika)

15 oktyabr
19:00. “Fənərbaxça” (Türkiyə) - “Lançeras de Katano” (Puerto-Rika)

17 oktyabr
19:00. “Fənərbaxça” (Türkiyə) - “Kenya Prisons” (Keniya)

Yarımfinal
18 oktyabr
12:00. A1 – B2
19:00. B1 – A2

19 oktyabr
12:00. 3-cü yer uğrunda
19:00. Final

Qeyd edək ki, mundinal Qətərin paytaxtı Dohada “Aspire Dome” arenasında olacaq.

Xəbər 1005 dəfə oxundu.