AZAL “Qarabağ”la oyundan öncə ciddi itkilərlə üzləşib
Mövsümə yaxşı başlayan AZAL “Qarabağ”la oyundan öncə ciddi itkilərlə üzləşib. Hazırda komandanın 4 üzvü zədədən əziyyət çəkir.
Bir müddətdi zədəli olan vitse-kapitan Usim Nduka, komandanın əsas qol silahı Zohair Benuahi, həmçinin yeni transferlər – Arif İsayevlə Xuan Junior Aylton zədəlidi. Onların sıraya nə vaxt djönəcəyi bəlli deyil.
Əvəzində Yasin Abbasov sağalaraq, komanda ilə birlikdə məşqlərə başlayıb.

Xəbər 842 dəfə oxundu.