Stiven Cerrard karyerası ərzində ilk dəfə qırımızı vərəqə alıb
İngiltərə millisinin üzvü Stiven Cerrard karyerası ərzində ilk dəfə qırımızı vərəqə alıb. Futbolçu İngiltərə – Ukrayna oyunundan meydandan qovulub.
İngilis futbolçunu Cüneyt Çakır meydandan qovub. Türk referi 54-87-ci dəqiqələrdə iki sarı vərəqə göstərdiyi Cerrardı oyundan kənarlaşdırıb.
Bu “Liverpul”un kapitanı üçün karyerası ərzində ilk qırmızı vərəqə olub. Qeyd edək ki, 32 yaşlı Cerrard milli komandada 2000-ci ildə debüt edib. Maraqlıdı ki, onun debütü Ukrayna ilə matça təsadüf edib. İngiltərənin 2:0 hesablı qələbə qazandığı oyunda ilk dəfə milli formanı geyinən Cerrard 12 il sonra bu komanda ilə matçda ilk dəfə qırmızı vərəqəyə üzülüb.
32 yaşlı futbolçu indiyədək yığmanın 98 oyununda 7512 dəqiqə forma geyinib, 19 qol vurub və 11 sarı vərəqə alıb.

Xəbər 909 dəfə oxundu.