“Gəncə” idman klubunda 44 günlük Vətən müharibəsi qaziləri ilə görüş olub
“Gəncə” idman klubunda 44 günlük Vətən müharibəsi qaziləri ilə görüş olub.

Görüşdə “Gəncə”nin İdarə Heyətinin sədri Elvar Osmanov və hüquq sektorunun müdiri Sərxan Sadıxov iştirak ediblər.

E.Osmanov 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük uğura imza atdığını, dədə-baba torpaqlarımızın yağı düşməndən azad edildiyini diqqətə çatdırıb, şəhidlərimizə uca Tanrıdan rəhmət diləyib.

Görüşün əsas məqsədi qazilərin idmana reabilitasiyasının təmin edilməsi barədə fikir mübadiləsinin aparılması olub. Klub rəhbərliyi bu istiqamətdə həmişə qazilərimizi dəstəkləməyə hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə klubun şəhid olmuş idmançısı Röyan Hüseynovun atası Sübhan Hüseynov da iştirak edib. S.Hüseynov diqqətə görə, “Gəncə” idman klubunun rəhbərliyinə minnətdarlığını bildirib.

Daha sonra səsvermə nəticəsində Anar Paşayev klubun Qarabağ qaziləri bölməsinə rəhbər təyin olunub. S.Hüseynov isə kluba fəxri üzv seçilib.

Sonda qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Xəbər 417 dəfə oxundu.