Fernando Qaqo Argentina yığmasının oyununda zədələnib
“Valensiya”nın futbolçusu Fernando Qaqo Argentina yığmasının oyununda zədələnib. Futbolçu DÇ-2014-ün seçmə mərhələsinin Peru – Argentina matçında zədə alıb.
Belə ki, qarşılaşmanın 58-ci dəqiqəsində Peru yığmasının üzvü Rinaldo Kruzado ilə toqquşmadan sonra yerə yıxılan Qaqonun üzərinə rəqibi düşüb. Nəticədə “Real”ın sabiq, “Valensiya”nın hazırkı üzvü uzun müddət yerdə qalıb.

Xəbər 1075 dəfə oxundu.