Kriştianu Ronaldu: “Tapşırığı yerinə yetirdik”
“2 oyun - 6 xal. Tapşırığı yerinə yetirdik”. İdman.com.az saytının məlumatına görə, bu sözü Portuqaliya milli komandasının üzvü Kriştianu Ronaldu deyib. İspaniyanın “Real” klubunda oynayan ulduz futbilçu DÇ-2014-ün seçmə mərhələsinin Lüksemburq (2:1) və Azərbaycanla (3:0) ilk oyunları haqda fikirlərini açıqlayıb:

“Əlbəttə ki, daha çox qol vura bilərdik. Amma istənilən halda belə start nikbinlik bəxş edir. İndi artıq kluba konsentrasiya olmaq olar. Hansısa müqavilələr haqda düşünmədiyimi xüsusi vurğulamaq istəyirəm. Bütün diqqətimi “Real”dakı möhtəşəm komanda yoldaşlarımla hər turnirin hər oyununda qələbə qazanmağa yönəltmişəm”.

Xəbər 2092 dəfə oxundu.