Çarlz Devis: Əlimizdən gələni etdik
“Biz bu gün seçmə mərhələdə ən güclü rəqibimizlə qarşılaşırdıq. Çox təəssüf ki, qələbə qazana bilmədik”. İdman.com.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin basketbolçusu Çarlz Devis deyib.

Avropa çempionatının seçmə mərhələsinin son turunda Almaniyaya 68:81 hesabı ilə uduzan yığmamız yekunda 12 xal toplasa da, top fərqinə görə 4-cü oldu. Milliləşdirilmiş amerikalı legionerimiz Devis bildirib ki, mərhələ adlaya bilməsələr də, əsas komandamızda çıxışını davam etdirəcək:

“Bizim ehtiyat oyunçular skamyamız çox qısadır. Bu səbəbdən seçmə mərhələdə keçirdiyimiz 8 oyun bizi çox yorub. Almaniya yığması ilə oyunda əlimizdən gələni etdik ki, qalib gələk. Lakin alınmadı. Mən yığmamızla fəxr edirəm və Azərbaycan üçün oynamağa davam edəcəm”.

Xəbər 1272 dəfə oxundu.