Rio-2016-ya cəmi 4 il qalır: Nəqliyyat
Şəhərdə hərəkət Londondakı qədər qarışıq və mürəkkəb deyil. Burada əsas nəqliyyat, yəqin ki, metropoliten olacaq. Lakin hələ ki, olimpiya obyektlərinin böyük əksəriyyəti bu nəqliyyatın hərəkət çevrəsindən çox uzaqdır. 2 böyük və iki kiçik xətdən ibarət “MetroRio”, hələ ki, şəhər əhalisinin 17 faizini daşıyır.

Amma 2016-cı ilə qədər onun və şəhər dəmir yolu nəqliyyatının uzadılması sərnişindaşımanı 50 faizə qədər artıracaq. Hərçənd metro tikintisi çox ağır gedir. 6-kilometrlik tunelin iki il ərzində cəmi 2 km-lik bütöv qranitdən ibarət hissəsi qazılıb. Üstəlik, maliyyə çatışmazlığı da var.

Bu iki ictimai nəqliyyatdan əlavə Sürətli Avtobus Tranziti də köməyə çatacaq. İyun ayında bu nəqliyyatın ilk xətti Barra və Santa Kruz arasında fəaliyyətə başlayıb və deyilənə görə, yolun qət edilməsi iki dəfədən çox yaxşılaşıb. Bu nəqliyyat hələlik əhalinin 15 faizini daşıyır. Onun 60 faizə çatacağı gözlənilir.

Xəbər 1133 dəfə oxundu.