Premyer Liqanın V turunun proqramı açıqlanıb
Premyer Liqanın V turunun proqramı açıqlanıb. Tura cümə günü start veriləcək.
Sentyabrın 14-də baş tutacaq yeganə oyunda “Bakı” “Turan”ı qəbul edəcək. Matç saat 20.00-da başlayacaq.
Turun 4 oyunu şənbə günü keçiriləcək. Həmin gün baş tutacaq “Neftçi” – “Xəzər Lənkəran” və “Kəpəz” – “Qəbələ” matçları saat 17.00-da, “İnter” – “Sumqayıt” və “Rəvan” – “Simurq” görüşləri isə bundan iki saat sonra başlayacaq.
Tura bazar günü keçiriləcək bir oyunla yekun vurulacaq. AZAL-la “Qarabağ” arasındakı qarşılaşma saat 18.30-da start götürəcək.
14 sentyabr
Bakı – Turan
“Bakı”nın təlim-məşq bazasının stadionu. Saat 20.00.
15 sentyabr
Neftçi – Xəzər Lənkəran
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 17.00.
Kəpəz – Qəbələ
Gəncə şəhər stadionu. Saat 17.00.
İnter – Sumqayıt
“Şəfa” stadionu. Saat 19.00.
Rəvan – Simurq
Bayıl Arena stadionu. Saat 19.00.
16 sentyabr
AZAL – Qarabağ
“AZAL Arena”. Saat 18.30.

Xəbər 1024 dəfə oxundu.