İddiaçılar turniri: Teymur Rəcəbov ABŞ təmsilçisi Fabiano Karuana ilə heç-heçə edib | |
İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində 13-cü turun oyunları keçirilib. Azərbaycan qrosmeysteri Teymur Rəcəbov növbəti turda ABŞ təmsilçisi Fabiano Karuana ilə heç-heçə edib. Qeyd edək ki, şahmatçımız ötən turların nəticəsinə görə, 6,5 xalla 4-cü sırada qərarlaşıb. Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq. |
|
Xəbər 258 dəfə oxundu. |
|
|