Avropa çempionatı: Basketbol üzrə Azərbaycan millisi bu gün üçüncü yer uğrunda oyuna çıxacaq | |
Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında basketbol üzrə Azərbaycanın milli komandası bu gün üçüncü yer uğrunda oyuna çıxacaq. Yığmamız Andorra komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:15-də başlayacaq. Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində Andorraya 69:72 hesabı ilə uduzub. Xatırladaq ki, yığmamız yarımfinalda Malta komandasına 52-59 hesabı ilə məğlub olub. |
|
Xəbər 455 dəfə oxundu. |
|
|