Beynəlxalq Qaçış Marafonunda ilginc hadisə baş verib
Rusiyanın paytaxtı Moskvada keçirilən Beynəlxalq Qaçış Marafonunda ilginc hadisə baş verib. Finişə 2 saniyə qalmış xoşbəxtlikdən qollarını havaya qaldırıb qələbəni bayram edən Mixail Kulkov pis sürprizlə qarşılaşıb.

Belə ki, onun sevindiyi vaxtda arxadan sürətlə gələn Fyodr Şutov Mixailiq qolları arasından sıyrılaraq gözlənilmədən yaraşın qalibi olub. Rusiya mətbuatı baş verənləri belə şərh edib: “Moskvadakı yarış idman dünyasına bu mesajı verdi: son saniyə olsa belə ümidini itirmə, təslim olma və mübarizə apar”.

Xəbər 1280 dəfə oxundu.