Ferqyuson Ronaldunu qaytarmağı tələb edir
«Mançester Yunayted»in baş məşqçisi Aleks Ferqyuson Kriştianu Ronaldunun «Real»dakı problemlərindən xəbərdar olduğu üçün, futbolçunu «Old Trafford»a qaytarmaq istəyir. İdman.com.az saytının məlumatına görə, məşqçi klubun sahibi Qleyzerlər ailəsindən portuqaliyalı forvardı qaytarmaq üçün əllərindən gələni etməyə çağıracaq.

Ferqyusonu belə həvəsləndirən Ronaldunun «Real»ın özünə münasibətindən məyus olması barədə söylədiyi fikirlərdir ki, məhz bu səbəbdən də o, «Qranada»nın qapısına qol vurarkən sevinmirdir.

Xəbər 863 dəfə oxundu.