Giqqzin 4-qat Ginnes rekordu
Müasir futbolun ən uzunömürlülərindən olan «Mançester Yunayted»in yarımmüdafiəçisi Rayan Giqqz Ginnesin rekordlar kitabına düşüb. İdman.com.az saytının məlumatına görə, 2013-cü il üçün yeni redaksiyasında uelslinin birdən-birə 4 rekordu peyda olub.

Giqqz İngiltərə Premyer Liqasının mövcudluğu dövründə (1992-2012) bütün mövsümlərdə oynayan və üstəlik bütün mövsümlərdə qol vuran ilk və yeganə futbolçudur. Premyer Liqada hamıdan çox oyun keçirən də məhz oldu – 598. Giqqzin Premyer Liqa qalibi kimi medallarının sayı da hamıdan çoxdur – 12.

Futbolçu özü kitaba düşməsini belə şərh edib: «Mən rekordlarımın dünya səviyyəsində tanınmasına görə fəxr edirəm. Xüsusən də onunla qürur duyuram ki, Premyer Liqanın bütün mövsümlərində oynamışam. Öz adımı uşaqlıqdan oxuduğum Ginnesin rekordlar kitabında görmək çox qəribə bir hissdir».

Xəbər 987 dəfə oxundu.