Avropanın ən bahalı klubları hansılardır?
Transfer pəncərəsi bağlanandan sonra Avropanın aparıcı klublarına maddi baxımdan nəzər salanda maraqlı bir mənzərə yaranır. Heyətə daxil oyunçuların ümumi dəyərinə görə, ötən illə müqayisədə ilk dördlükdə mövqe dəyişikliyi olmasa da, nəzərəçarpacaq maliyyə dəyişikliyi gözə dəyir. İspan nəhəngləri «Barselona» və «Real»ın artımları təxmini bərabərdir.

İdman.com.az saytının məlumatına görə, «Mançester Siti» ucuzlaşanlar siyahısındadır. Ən çox artım PSJ-dədir – 101.650.000. Türk klublarından ən bahalısı «Fənərbağça»dır. Ümumiyyətlə, maraq doğurduğu üçün, qitənin 20 ən bahalı klubu ilə yanaşı, ilk 100-lüyə düşən Türkiyə klublarını da siyahıya əlavə etmişik.

Yer (+/-) Klub Ölkə Dəyər (avro) +/-
1. (=) Barselona İsp 654.500.000 63.500.000
2. (=) Real İsp 601.300.000 62.300.000
3. (=) Mançester Siti İng 489.250.000 -6.750.000
4. (=) Mançester Y. İng 437.650.000 14.150.000
5. (1) Bavariya Alm 416.450.000 56.500.000
6. (-1) Çelsi İng 365.000.000 -28.000.000
7. (7) PSJ Fra 308.250.000 101.650.000
8. (2) Yuventus İta 307.200.000 60.500.000
9. (-2) Arsenal İng 282.750.000 -23.000.000
10 (-1) Tottenhem İng 268.500.000 250.000
11. (-3) Milan İta 230.900.000 -39.900.000
12. (=) Liverpul İng 220.600.000 -14.900.000
13 (-2) İnter İta 218.850.000 -20.000.000
14. (2) Borussiya D. Alm 210.450.000 19.200.000
15. (6) Zenit Rus 209.650.000 54.450.000
16. (2) Atletiko İsp 204.400.000 24.900.000
17. (-2) Napoli İta 190.150.000 -4.100.000
18. (-1) Valensiya İsp 180.000.000 -1.000.000
19. (1) Benfika Por 173.950.000 10.150.000
20. (-7) Portu Por 173.750.000 -37.450.000
22. (11) Fənərbağça Tür 156.150.000 25.600.000
26. (9) Qalatasaray Tür 138.350.000 16.850.000
49 (-10) Beşiktaş Tür 96.250.000 -20.950.000
54 (6) Trabzonspor Tür 93.200.000 5.200.000
92. (7) Bursaspor Tür 56.850.000 -5.150.000

Xəbər 1048 dəfə oxundu.