“İnter”lə qarşılaşacaq “Sumqayıt” hazırlığını davam etdirir
Premyer Liqanın V turu çərçivəsində sentyabrın 15-də səfərdə “İnter”lə qarşılaşacaq “Sumqayıt” hazırlığını “Dalğa Arena”da davam etdirir. Komanda matça itkisiz hazırlaşır.
İki gün əvvəl məşqlərdə zədələnmiş Ceyhun Sultanov və Ramil Həşimzadə fərdi məşqlərlə kifayətlənib. Emin Cəfərquliyev isə tam olaraq hazırlıqlarda iştirak edir.
“Sumqayıt”ın sabahkı hazırlığı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda olacaq. Komanda saat 11.00 və 17.00-da məşqə çıxacaq.

Xəbər 903 dəfə oxundu.