Premyer Liqanın V turunda “Qarabağ”la AZAL qarşılaşacaq
Premyer Liqanın V turunda “Qarabağ”la AZAL qarşılaşacaq. Sentyabrın 16-sında baş tutacaq oyuna “Qarabağ” ev sahibliyi etməli idi. Lakin matçın keçiriləcəyi stadion dəyişdirilib.
Dünya çempionatı ilə əlaqədar olaraq Tofiq Bəhramov adına Respublika stadionda son tamamlama işləri gedir. Buna görə qarşılıqlı razılaşma əsasında “Qarabağ” – AZAL mücadiləsində ev sahibləri dəyişib. Ayın 16-sı baş tutacaq görüşə AZAL ev sahibliyi edəcək. 2-ci dövrədəki oyunda isə “Qarabağ” ev sahibliyi hüququndan yararlanacaq. Artıq tərəflər bu barədə Peşəkar Futbol Liqasına müraciət ediblər.
Beləliklə, AZAL – “Qarabağ” oyunu sentyabrın 16-sında Şüvəlandakı “AZAL Arena” da keçiriləcək və saat 18.30-da başlayacaq.

Xəbər 870 dəfə oxundu.