Bu gün DÇ-2014-ün seçmə mərhələsində növbəti oyunlar keçiriləcək
Bu gün DÇ-2014-ün seçmə mərhələsində növbəti oyunlar keçiriləcək. Azərbaycan millisi növbəti imtahanını səfərdə verəcək.

F qrupunda mübarizə aparan Berti Foqtsun yetirmələri seçmə mərhələdə 2-ci oyununu Portuqaliyaya qarşı keçirəcək. Millimiz Kriştianu Ronaldo və komandasına qarşı mübarizədən üzüağ ayrılmağa çalışacaq. Foqtsun yığmamızda 50-ci, kapitan Rəşad Sadıqovun 80-ci oyunu ilə əlamətdar olan yubileyləri bayrama çevirmək üçün yığmamız xal qazanmalıdır.

Qeyd edək ki, millimiz İsraillə Bakıdakı ilk oyunda 1:1 hesablı heç-heçə edib.


00:15. PORTUQALİYA – AZƏRBAYCAN
Baş hakim: Şimon Marçinyak
Baş hakimin köməkçiləri: Pavel Sokolniçki, Radoslav Siejka
Dördüncü hakim: Robert Malek (hamısı Polşa)
Hakim-inspektor: Uilyam Smit Geates Younq (Şotlandiya)
Komissar: İsak Mikladal (Farer adaları)
Braqa. “Braqa Municipial Stadium”

Xəbər 1069 dəfə oxundu.