Kaka “Qalatasaray”a keçməyə razılıq verib
Kaka “Qalatasaray”a keçməyə razılıq verib. Braziliyalı futbolçu baş məşqçi Joze Mourinyo ilə görüşdən sonra belə bir qərara gəlib.
İspaniya mətbuatının məlumatına görə, Mourinyo Kaka ilə görüşərək “Qalatasaray” qış fasiləsində səni mütləq almaq istəyir. Bundan sonra “Real” formasını geyinmək şansın yoxdu”, deyib.
Bu sözlərdən sonra 30 yaşlı futbolçu “Real”da qalmaq qərarını dəyişib və “Qalatasaray”a keçməyə razılıq verib.

Xəbər 835 dəfə oxundu.