Barselona” 113 illik tarixində bir ilkə imza atacaq
Barselona” 113 illik tarixində bir ilkə imza atacaq. Kataloniya klubu gələn mövsümdən yeni rəngli formalardan istifadə edəcək.
Kataloniyalıların qürur mənbəyi və milli komanda gözü ilə baxdığı komanda bu günə qədər ikinci forma kimi istifadə etdiyi rənglərdən imtina edərək, Kataloniyanın bayrağının rənglərinə – sarı və qırmızıya üstünlük verəcək. Bu klubun 113 illik tarixində bir ilk olacaq.
Qeyd edək ki, “Barselona” ilk dəfə Xuan Laportanın dönəmində formasının arxasına Kataloniya bayrağı vurmuşdu.

Xəbər 842 dəfə oxundu.