Qırğızıstanda Bilal Ərdoğanın iştirakı ilə Ənənəvi İdman Meydanının açılışı olub
Qırğızıstan-Türkiyə Manas Universitetinin ərazisində Dünya Etnospor Federasiyasının prezidenti Bilal Ərdoğanın iştirakı ilə Ənənəvi İdman Meydanının açılışı olub.

Universitetin rektoru, professor Alpaslan Ceylan qonaqları salamlayaraq tədbirlərin əhəmiyyətindən danışıb.

Dünya Etnospor Federasiyasının prezidenti Bilal Ərdoğan, Qırğız Respublikasının mədəniyyət, turizm, idman və gənclər siyasəti naziri Azamat Camankulov çıxış edərək Ənənəvi İdman Meydanının açılışının Qırğızıstana, türk dünyasına xeyirli, uğurlu olmasını diləyiblər.

Sonra İdman Oyunları Kuboku və qırğızların “Kök börü” yarışları keçirilib. Qaliblərin mükafatlandırılmasından sonra konsert proqramı təqdim olunub.

Ənənəvi İdman Meydanının açılışında Azərbaycan, Türkiyə, Türkmənistan, Macarıstanın Qırğızıstandakı səfirləri və digər ölkələrin diplomatik missiya təmsilçiləri iştirak ediblər.

Xəbər 559 dəfə oxundu.