Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldo yeni təklif alıb
DÇ-2014-ün seçmə mərhələsinin bu gün keçiriləcək oyununda Azərbaycan milli komandasının rəqibi olan Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldo yeni təklif alıb. İspaniyanın “Real” klubu hücumçuya ömürlük müqavilə təklif edib. Bu təklifə əsasən Ronaldo futbolçu karyerasını bitirənədək Madrid təmsilçisinin şərəfini qoruyacaq. “Kral klubu” bu addımı futbolçunun “Real”da xoşbəxt olmadığını açıqlamasından sonra edilib. Bununla da planetin ən ayxşı oyunçularından birini saxlamaq niyyətini göstərən “Real”ın təklifinə isə Kriştianu Azərbaycanla oyundan sonra cavab verəcək. Yeni müqavilədə maliyyə şərtləri də Ronaldo üçün daha yaxşılaşdırılıb.

Xəbər 1087 dəfə oxundu.