“Rəvan”ın qapıçısının zədəsinin ciddi olduğu müəyyənləşib
“Rəvan”ın polşalı qapıçısı Lukaş Sapelanın zədəsinin ciddi olduğu müəyyənləşib. Bu barədə baş məşqçi Bəhmən Həsənov məlumat verib.
Məşqlərin birində komanda yoldaşı Ekrem Hodziçlə toqquşmada xəsarət alan 30 yaşlı qapıçının tez bir zamanda, sıraya dönəcəyi gözlənilsə də, arzular boşa çıxıb. Belə ki, futbolçu ən azından iki rəsmi oyunda meydançaya çıxa bilməyəcək. Lukaş “Simurq” və “Qəbələ”yə qarşı matçlarda forma geyinməyəcək.

Xəbər 1219 dəfə oxundu.