Rio-2016-ya cəmi 4 il qalır: Məkanlar
2016-cı il Oyunlarının xəritəsində Barra da Tijuka əsas yer tutacaq. İdman.com.az saytının məlumatına görə, yarışların böyük qismini qəbul edəcək bu rayonda həm də Olimpiya kəndi, eləcə də mətbuat mərkəzi yerləşəcək. Ümumən mübarizə daha 3 zonada - məşhur Kopakabana çimərliyində, Marakana və Deodorodada təşkil olunacaq.

Futbol yarışları “Marakana” və “Engenhan”la yanaşı, Salvadorda “Fonte Nova”da (60 min yerlik; 3,726 milyon dollar), San Pauluda “Morumbi” (66 min yerlik; 3,726 milyon dollar), Belu Orizontedə “Mineyran” (74 min yerlik; 3,726 milyon dollar) və paytaxt Braziliada “Mane Qarrinça Milli” (76 min yerlik; 3,726 milyon dollar) arenalarında keçiriləcək.

Bu arenaların hər birində futbol millilərinin 2014-cü il dünya kuboku oyunlarının keçiriləcəyini nəzərə alsaq, arenaların olimpiadaya erkən hazır olacağı indidən aydındır.

Xəbər 1232 dəfə oxundu.