“Azərreyl”dən “Fənərbağça”ya
Qadın voleybolçulardan ibarət “Fənərbağça” klubunun yeni baş məşqçisinin adı məlum olub. İdman.com.az saytının məlumatına görə, dünya çempionatında “Rabitə”nin rəqibi olan “sarı-lacivərdlilər”i “Azərreyl”in sabiq məşqçisi Kamil Söz çalışdıracaq.

O, Ze Robertonun gedişindən sonra boş qalan postu tutub. Azərbaycan yığmasının sabiq voleybolçusu Yelena Şabovtanın həyat yoldaşı daha öncə burada köməkçi məşqçi vəzifəsini icra edirdi.

Qeyd edək ki, Kamil artıq 7 mövsümdür İstanbul klubunda çalışır. Mütəxəssis oraya yollanmazdan qabaq “Azərreyl”də işləyib. Kamildən savayı, “Fənərbağça”da baş məşqçi postuna namizədlər siyahısında ötən mövsüm “Bakı”da işləyən Ancello Vercesinin də adı vardı.

Xəbər 900 dəfə oxundu.