“Xəzər Lənkəran”da ispaniyalı məşqçi
“Xəzər Lənkəran” bu gün yeni fiziki hazırlıq üzrə məşqçi, Erik Roketa Kapilla ilə bir illik müqavilə imzalayıb. İdman.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 27 yaşlı ispaniyalı məşqçi fiziki hazırlıq və idman elmləri üzrə bakalavr, komanda idman növlərində yüksək məhsuldarlıq üzrə mütəxəssisdir.

O, müəyyən vaxt “Barselona” futbol klubu ilə əməkdaşlıq edib, “Barselona” futbol federasiyası tərəfindən verilmiş futbol məktəblərində çalışmaq üçün məşqçilik diplomuna və 2-ci dərəcəli FİFA məşqçilik diplomuna malikdir. Həmçinin Kapilla gənc istedadlı idmançıların seçimi üzrə məşqçidir.

Kapilla 2005-2006-cı illərdə “Blanka Subur” futbol komandasında, 2006-2007-ci illərdə “Espanyol” futbol klubunun texniki mərkəzində, eyni zamanda “Eskola Pia de Sitces” futzal komandasında, 2007-2008-ci illərdə “Vilanova” və “Munia” futbol klublarında, 2008-2012-ci illərdə “Reus Deportiu” otüstü hokkey komandasında və 2009-2011-ci illərdə qadınlardan ibarət “Barselona” volleybol komandasında fiziki hazırlıq üzrə məşqçi işləyib.

Xəbər 1985 dəfə oxundu.