Natalyanın komandası formasını dəyişdi
Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Rusiyanın “Omiçka” klubu rəmzlərini dəyişib. İdman.com.az saytının məlumatına görə, Omsk təmsilçisinin həm loqosu, həm də formasının rəngləri yeni mövsümdən fərqli olacaq.

“Omsk pişikləri” ləqəbi ilə tanınan Natalyanın komandası qızılı çalarları olan ağ-qara formada çıxış edəcək. Bundan əlavə, “Omiçka” Rusiya Super Liqası tarixinə düşmək üçün də yenilik edəcək. Belə ki, Məmmədova və komanda yoldaşlarının arxasında voleybolçuların soyadları deyil, adları yazılacaq. Bu isə Super Liqa tarixində ilkdir.

Qeyd edək ki, Natalya hazırda “Omiçka”nın heyətində deyil, millimizin düşərgəsindədir. O, sentyabrın 16-dan sonra komandasına qayıtdıqdan sonra “ağ-qara” formaya qovuşacaq.

Xəbər 1206 dəfə oxundu.