Bizim oyun portuqaliyalıya tapşırıb
Kişi basketbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin son turunu idarə edəcək hakimlər məlum olub. İdman.com.az saytının məlumatına görə, FİBA Avropa Almaniya – Azərbaycan matçını portuqaliyalı Fernando Roçaya tapşırıb.

Ona köməkliyi Marçin Kovalski (Polşa) və Mateo Bayot (Belçika) edəcəklər. Qarşılaşmanın komissarı isə hollandiyalı Edvard De Jagerə olacaq. Qeyd edək ki, görüş sentyabrın 11-də keçiriləcək.

Xəbər 1032 dəfə oxundu.