Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Avropa çempionatında gümüş medal qazanıb | |
Yunanıstanın Heraklion şəhərində usta cüdoçular arasında keçirilən Avropa çempionatında fərdi yarışlara yekun vurulub. Otuz ölkədən 250-dən çox idmançının mübarizə apardığı Avropa çempionatında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Corat xilasetmə məntəqəsinin rəisi daxili xidmət çavuşu Vüqar Babayev də iştirak edib. M-1 kateqoriyasında, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Vüqar Babayev Avropa çempionatının gümüş medalını qazanıb. |
|
Xəbər 264 dəfə oxundu. |
|
|