Avropa çempionatı: Veteran cüdoçularımız kişilərin komanda yarışını üçüncü yerdə başa vurublar | |
Yunanıstanın Heraklion şəhərində usta cüdoçular arasında keçirilən Avropa çempionatının komanda yarışları başa çatıb. Мeteran cüdoçularımız kişilərin komanda yarışını üçüncü yerdə başa vurublar. Qitə çempionatın komanda yarışlarına Azərbaycan təmsilçiləri 30-39 yaş qrupu üzrə qatılıblar. Xatırladaq ki, fərdi yarışlarda Azərbaycan komandası 9 qızıl, 5 gümüş və 5 bürünc medalla ümumi hesabda birinci yeri tutub. |
|
Xəbər 473 dəfə oxundu. |
|
|