Xorvatiya millisinin üzvü: Final çox çətin keçdi
Final çox çətin keçdi. Asan qələbə qazanmadıq. Qarşımıza qızıl medalı qazanmaq məqsədi qoymuşduq və bunun üçün bütün gücümüzü səfərbər etmişdik. Yekunda qələbə qazandıq. Yaşadıqlarımız möhtəşəmdir.

Bunu jurnalistlərə müsahibəsində Bakıda keçirilən dünya kuboku turnirində qalibi Xorvatiya millisinin üzvü Yosip Sikaviça bildirib.

Komandanın digər üzvü Miran Mariçiç deyib: “Qızıl medalın bizim üçün çox böyük əhəmiyyəti var. Bu, üçümüzün birgə uğurudur. Ailəmiz, dostlarımız, məşqçilərimiz, federasiya rəsmiləri üçün bu medal xüsusi önəm daşıyır. Çünki dünya kuboku yarışında böyük uğur əldə etdik. Təsnifat mərhələləri və final çox çətin keçdi. Küləyin əsməsi maneələr yaratsa da, qələbə qazana bildik. Çempion olmaq çox sevindiricidir.

Qeyd edək ki, Xorvatiyanın kişilərdən ibarət komandası Bakıda keçirilən dünya kuboku yarışında qızıl medal qazanıb. Komanda bu uğura 3 mövqedən 50 metr məsafəyə tüfəngdən atəşaçma yarışlarında nail olub.

Xəbər 401 dəfə oxundu.