Sabah DÇ-2014-ün seçmə mərhələsində növbəti oyunlar keçiriləcək
Sabah DÇ-2014-ün seçmə mərhələsində növbəti oyunlar keçiriləcək. Azərbaycan milli komandası da növbəti matçına çıxacaq.

F qrupunda mübarizə aparan Berti Foqtsun yetirmələri seçmə mərhələdə 2-ci oyununu səfərdə keçirəcək. Yığmamız Avro-2012-nin iştirakçısı Portuqaliya ilə görüşəcək.

Yarışda ilk səfər oyununa çıxacaq komandamız Braqa şəhərinin qonağı olacaq. İlk matçında Lüksemburqu səfərdə çətinliklə məğlub edən (2:1) doğma azarkeşləri önündə daha inamlı təsir bağışlamağa çalışacaq. Yığmamız isə ilk məğlubiyyətini almamağa cəhd edəcək.

Bakıda İsraillə heç-heçə edən (1:1) Foqtsun komandası bu dəfə də uduzmamaqla startda növbəti xalını qazanmaq əzmindədir. Dünyanın ən yaxşı futbolçularından biri Kriştianu Ronaldo və yoldaşlarına qarşı oyuna köklənən millimiz növbəti 2 səfər oyunu öncəsi rəqib meydanlarından çəkinmədiyini sübut etməlidir.

01:00. PORTUQALİYA – AZƏRBAYCAN
Baş hakim: Şimon Marçinyak
Baş hakimin köməkçiləri: Pavel Sokolniçki, Radoslav Siejka
Dördüncü hakim: Robert Malek (hamısı Polşa)
Hakim-inspektor: Uilyam Smit Geates Younq (Şotlandiya)
Komissar: İsak Mikladal (Farer adaları)
Braqa. “Braqa Municipial Stadium”

Xəbər 926 dəfə oxundu.