Futzal üzrə UEFA kubokunun elit-raundunun bütün iştirakçılarının adları məlum olub
Futzal üzrə UEFA kubokunun elit-raundunun bütün iştirakçılarının adları məlum olub. Azərbaycan çempionu “Araz”ın bu mərhələdəki 15 potensial rəqibi müəyyənləşib.

Təmsilçimizlə eyni qrupda mübarizə Macarıstan “Dyor”undan başqa “Luparense” (İtaliya), “Slov Matik” (Slovakiya), “Ekonomak” (Serbiya), “Nikars” (latviya), “Energiya” (Ukrayna), “Xrudim” (Çexiya), “Litija” (Sloveniya), “İberiya” (Gürcüstan), “Dinamo” (Moskva, Rusiya) və MNK (Xorvatiya) klubları da əsas mərhələni uğurla keçərək elit-raunda yüksəlib.

4 komanda isə finalın 1 addımlığına birbaşa yüksəlmişdi. Bunlar İspaniya təmsilçiləri “Barselona” və “Mursiya”, Portuqaliya “Benfika”sı və Qazaxıstan “Kayrat”ıdır.

Xəbər 890 dəfə oxundu.