Millimizin oyununun baş hakiminin hansı əlavə peşəsi var?
UEFA Azərbaycan milli komandasının DÇ-2014-ün seçmə mərhələsindəki növbəti oyununu təcrübəsiz hakimə tapşırıb. İdman.com.az saytının məlumatına görə, Portuqaliya ilə sentyabrın 11-dəki görüşün ədalət təmsilçisi təcrübəsi ilə öyünə bilməz. Belə ki, Braqadakı oyun polşalı Şimon Marçinyaka tapşırılıb. 31 yaşlı referi yalnız ötən ildən beynəlxalq dərəcəsi alıb.

İxtisası biznesmen olan polşalı Plotsk şəhərində anadan olub. Doğma polyak dili ilə yanaşı ingilis dilini də mükəmməl bilən Marçinyak UEFA-nın hakimlər üçün 2-ci kateqoriyasına daxildir.

Belarus və Norveçin U-17-lərin ötən ilin martındakı matçında beynəlxalq arenada debüt edən polşalı 2011-ci ildə cəmi 8 belə oyuna çıxıb. Bu il daha 3 beynəlxalq oyun idarə edən Marçinyak karyerasında cəmi 1 dəfə əsas yığmaları meydana çıxarıb.

Bu da 7 ay əvvəl İsrail və Ukrayna arasında yoxlama oyunu olub. Əsas komandaların seçmə oyunlarında Braqada debüt edəcək polşalı üçün millimizin oyunu “siftə” ilə əlamətdar olacaq.

Xəbər 1209 dəfə oxundu.