Qadın voleybolçularımızdan uğurlu start
Finlandiyada qadın voleybolçular arasında Avropa çempionatının seçmə mərhələsinin oyunlarına start verilib. İdman.com.az saytının məlumatına görə, təsnifatda «C» qrupunda yer alan Azərbaycan millisi ilk matçını Avstriya millisinə qarşı keçirib.

Üstün oyun nümayiş etdirən voleybolçularımız rahat qələbə qazanıblar - 3:0 (25:19, 25:17, 25:17). Növbəti görüşdə Belarus komandası da darmadağın olub - 3:0 (25:13, 25:21, 25:11). Seçməmizin son oyunu ev sahibi finlərə qarşıdır.

2-ci mərhələnin matçları senyabrın 24-də Bakıda başlayacaq.
Yarış cədvəlində indi vəziyyət belədir: 1. Azərbaycan – 6 xal (6:0), 2. Belarus – 3 (1:6), 3. Finlandiya – 0 (1-3), 4. Avstriya – 0 (0:3).

Xəbər 2058 dəfə oxundu.