Şahmatçımız beynəlxalq turnirdə liderlər qrupunda qərarlaşıb | |
Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində şahmat üzrə beynəlxalq turnir davam edir. şahmatçımız Misrətdin İsgəndərov ötən 3 turda maksimum xal toplayaraq liderlər qrupunda qərarlaşıb. Komandamızın digər üzvləri Məhəmməd Muradlı 2,5, Nicat Abasov 2, Aydın Süleymanlı 1 xal toplayıblar. Turnirdə 32 ölkədən 80 şahmatçı iştirak edir ki, onlardan da 65-i qrosmeysterdir. Qeyd edək ki, mayın 29-da başa çatacaq yarış 9 turdan ibarətdir və İsveçrə sistemi ilə keçirilir. |
|
Xəbər 373 dəfə oxundu. |
|
|