Rauf Foqtsa etiraz edib nəyi sındırdı?
Millimizin hücumçusu Rauf Əliyevin İsrail yığması ilə oyunda əvəzlənməsi xoşuna gəlmədi. İdman.com.az saytının xəbərinə görə, “Qarabağ”ın üzvü matçın 2-ci yarısında Cihan Özqara ilə əvəz olunmasından narazı qaldı. Meydandan deyinə-deyinə cıxan forvard, bu azmış kimi, onu sakitləşdirməyə çalışan Berti Foqtsun tərcüməçisinə kəskin iradını bildirdi. Əyləşərkən, hücumçu ehtiyat oyunçular skamyasının tavanını sındırdı.

Almaniyalı mütəxəssis futbolçunun hərəkətinə belə münasibət bildirdi: “Raufu cəzalandırmayacam. Əskinə, sevinirəm ki, o əvəzlənməsinə bu cür reaksiya verdi və hirsindən vurub şüşəni sındırdı”.

Xəbər 2357 dəfə oxundu.