“Chessable Masters”: Şəhriyar Məmmədyarov ardıcıl üç turda qələbə qazanıb | |
“Champions Chess Tour” onlayn seriyasının dördüncü mərhələsi olan “Chessable Masters” yarışında növbəti oyunlar keçirilib. Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov doqquzuncu turda norveçli Tari Aryanla heç-heçə edib. Sonrakı qarşılaşmalarda Niels Qrandelius (İsveç), eləcə də, Hindistan şahmatçıları Rameşbabu Praqnanandha və Pentala Harikrişna üzərində qələbə qazanan təmsilçimiz xalların sayını 19-a çatdırıb. O, bu nəticə ilə 16 şahmatçı arasında 5-ci pillədə qərarlaşıb. Mayın 26-dək davam edəcək turnirin mükafat fondu 210 min ABŞ dollarıdır. |
|
Xəbər 236 dəfə oxundu. |
|
|