Del Pyero uzağa getdi
«Yuventus»dan ayrıldıqdan sonra özünə klub tapa bilməyən Alessandro Del Pyero Avstraliya liqasına üz tutub. Əfsanəvi italiyalı «Sidney» klubu ilə anlaşıb. Klubun rəsmi saytında yazılana görə, müqavilənin müddəti iki illikdir. «Yuventus»da keçirdiyi 19 ilin ardından karyerasının 3-cü klubuna qovuşan təcrübəli oyunçu keçidi ilə bağlı bunları deyib:

«Yuventus»dan sonra mənim üçün çətin bir dövr oldu. Özüm üçün ən yaxşı təklifi gözlədim və «Sidney»lə razılaşdım. Artıq mənim üçün yeni bir səhifə açıldı və bütün gücümü yeni komandamın uğuru üçün sərf edəcəyəm».

İdman.com.az saytının məlumatına görə, «Yuventus» formasıyla 500-dən çox oyuna çıxan Del Pyero İtaliya millisində 91 oyun keçirib. Del Pyerodan əvvəl Avstraliya liqasında Robbi Fouler, Romario, Juninyo və Duayt York kimi Avropanın məşhur futbolçuları da oynamışdılar.

Xəbər 912 dəfə oxundu.