AFFA prezidenti futbolçularımızı təbrik etdi
AFFA prezidenti Rövnəq Abdullayev İsraillə oyundan sonra milli komandaya dəstək verib. İdman.com.az saytının xəbərinə görə, “Tofiq Bəhramov”da 1:1 hesabı ilə yekunlaşan görüşdən dərhal sonra assosiasiya başçısı vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədovla birgə yığma üzvləri ilə görüşüb. Buna qədər dəlizdə Berti Foqtsu təbrik edib.
Qeyd edək ki, AFFA rəhbərliyi oyundan öncə də komandaya baş çəkmişdi.

Xəbər 893 dəfə oxundu.