«Ay-ulduzlularımız» bu dəfə İsrail millisini büdrətdi
Bu gün 2014-cü il dünya çempionatının Avropa zonasında seçmə qrup mərhələsi başlayıb. İdman.com.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Berti Foqtsun rəhbərlik etdiyi milli komandamız da mübarizəyə qoşulub.

«Ay-ulduzlularımız» DÇ-2014-ün seçmə matçlarına Bakıda start verib. Rəqib, indiyədək 3 dəfə qarşılaşıb, qol vura bilmədiyimiz İsrail millisi olub.

«F» qrupunda yer alan komandamız Tofiq Bəhramov adına Respublika stadionunda ilk xalını qazanmağa çalışıb. Əzmkar oyun sayəsində seçməmiz yekunda bunu gercəkləşdirib. Amma qalib də gəlmək olardı. Sadəcə, futbolçularımızda dəqiqlik çatmayıb və rəqib qapıçı yaxşı oynayıb.

Azərbaycan – İsrail - 1:1
Qol: Ruslan Abışov, 64 - Natxo, 50
Baş hakim:Matey Yuq
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Xəbər 930 dəfə oxundu.