Türk idmançı bədbəxt hadisə ilə üzləşib
Türk idmançı bədbəxt hadisə ilə üzləşib. Motosikletçi Kemal Merkit Transanatolia Rallisində qəzaya uğrayaraq vəfat edib.
Motor İdmanları Federasiyasının İdarə Heyətinin üzvü Sadık Özdemir xəbəri təsdiq edib: “Hazırda mən yarışın keçirildiyi yerə gedirəm. Lazım olan açıqlamaları daha sonra verəcəyik”.
Kemal Merkitlə toqquşan holland pilot isə sağ qalıb.
Qeyd edək ki, 52 yaşlı motosikletçi 2002-ci ildə Dakar Rallisinə qatılan ilk türk pilot kimi tarixə düşüb. “Çöl Kaplanı” ləqəbi ilə tanınan idmançı 1996-cı ildə başladığı karyerası ərzində bir sıra uğurlara imza atıb.

Xəbər 2063 dəfə oxundu.