Bu gün DÇ-2014-ün seçmə mərhələsinin Avropa zonası üzrə oyunlara start veriləcək
Bu gün DÇ-2014-ün seçmə mərhələsinin Avropa zonası üzrə oyunlara start veriləcək. Ilk oyun günündə 22 qarşılaşma baş tutacaq ki, bununla avropalıların Braziliyada keçiriləcək mundiala yürüşü start götürəcək.

İlk oyun Moskvada başlayacaq ki, burada millimizin rəqibi olan Rusiya Şimali İrlandiya ilə münasibətlərini ayırd edəcək. Günün 2-ci matçı isə Bakıda - yığmamızla İsrail millisi arasında olacaq.

Qrupumuzun ilk oyun günündəki son matçı nisbətən güc start götürəcək. Aşkar autsayder Lüksemburq öz meydanında əsas favorit sayılan Portuqaliyanı qəbul edəcək.

Azərbaycan yığmasının oyunu başa çatdıqdan sonra ölkəmizin futbolsevərlərinin diqqəti Hollandiyaya yönələcək. Qonşu Türkiyə yığması “narıncılar”ın qonağı olacaq.

DÇ-2014-ün seçmə mərhələsi
Avropa zonası

7 sentyabr
A qrupu
23:15. Xorvatiya - Makedoniya
23:45. Uels - Belçika

B qrupu
23:00. Malta – Ermənistan
23:45. Bolqarıstan - İtaliya

C qrupu
21:00. Qazaxıstan – İrlandiya
23:45. Almaniya – Farer adaları

D qrupu
23:00. Estoniya - Rumıniya
23:30. Andorra – Macarıstan
23:30. Hollandiya – Türkiyə

E qrupu
23:30. Albaniya - Kipr
23:30. Sloveniya – İsveçrə
23:45. İslandiya - Norveç

F qrupu
20:00. Rusiya – Şimali İrlandiya
21:00. AZƏRBAYCAN - İSRAİL
23:45. Lüksemburq - Portuqaliya

G qrupu
22:00. Lixtenşteyn – Bosniya və Herseqovina
23:15. Litva - Slovakiya
23:30. Latviya - Yunanıstan

H qrupu
23:30. Çernoqoriya - Polşa
23:45. Moldova – İngiltərə

İ qrupu
22:00. Gürcüstan - Belarus
23:30. Finlandiya – Fransa

Qeyd edək ki, daha 2 oyun sentyabrın 8-də baş tutacaq. A qrupunda Şotlandiya – Serbiya, B qrupunda Danimarka – Çexiya matçları keçiriləcək

Xəbər 1026 dəfə oxundu.