Italiyanın “Fiorentina” klubu ilkə imza atıb
Italiyanın “Fiorentina” klubu ilkə imza atıb. Florensiya klubu danışıqlara gəlməyən futbolçudan bilet pulunu geri istəyib.
Belə ki, Dmitar Berbatovu heyətinə qatmaq istəyən “Fiorentina” onu danışıqları davam etdirmək üçün Florensiyaya dəvət edib və bu məqsədlə təyyarə bileti alıb. Lakin bolqar ulduz səfərə yollanmayaraq Münhendə “Yuventus” rəsmiləri ilə danışıqlar masasına oturub.
Bununla bağlı açıqlama verən klubun idman direktoru Daniel Prade “Berbatov komandamıza və şəhərimizə layiq olmadığını göstərdi” deyərək ulduz futbolçudan bilet pulunun tələb ediləcəyini bildirib.
Qeyd edək ki, “Mançester Yunayted”dən ayrılan Berbatov “Yuventus” və “Fiorentina” ilə danışıqlar aparsa da, heç biri ilə anlaşa bilməmişdi. Bu üzdən o, transferin son günündə “Fulhem”lə müqavilə bağladı.

Xəbər 982 dəfə oxundu.