“İnter” heyətini daha bir futbolçu ilə gücləndirib
Gürcüstandakı təlim-məşq toplanışını davam edtirən “İnter” heyətini daha bir futbolçu ilə gücləndirib. Toqolu hücumçu Cako Arafat avqustun 31-də “İnter”lə iki illik müqavilə bağlayıb.
Lakin futbolçunun transfer vərəqəsi gecikdiyindən onu hələ ki, Premyer Liqa və ölkə kuboku yarışlarına sifariş etmək mümkün olmayıb. Buna baxmayaraq, yaxın günlərdə “İnter” Arafatın adını sifariş ərizəsinə əlavə edəcək.
Qeyd edək ki, 23 yaşlı futbolçunun karyerasının ilk klubu Toqonun “Mirlan” komandası olub (2007-2008, 26 oyun, 4 qol). Daha sonra Arafat Qananın “Aşanti” (2008-2009, 8 oyun, 3 qol), İsrailin “Bney Şaknin” (2009-2010, 27 oyun, 3 qol), “Hapoel Akre” (2010, 16 oyun, 10 qol) klublarında çıxış edib. 2011-cim ildə “Anji”yə keçən futbolçu cəsmi bir oyunda meydana çıxıb. Ardınca isə icarə əsasında Türkiyənin “Qaziantepspor” və Qətərin “Al-Arabi” klublarında çıxış edib.

Xəbər 921 dəfə oxundu.