Kişi qılıncoynadanlarımız dünya kubokunun mərhələ yarışında iştirak ediblər
Qılıncoynatma üzrə milli komandamızın üzvləri Ruslan Həsənov və Barat Quliyev Almaniyanın Haydenhaym şəhərində keçirilən kişi şpaqaçıların dünya kubokunun mərhələ yarışında iştirak ediblər.

Qrup mərhələsini 5 qələbə ilə başa vuran R.Həsənov əsas mərhələnin ilk pley-off görüşündə çinli Yu Lefanla qarşılaşıb. Təmsilçimiz ən güclü 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə çinli rəqibinə 9:13 hesabı ilə uduzub.

Qrup mərhələsində 3 qələbə qazanan B.Quliyev təsnifat mərhələsinin ilk pley-off görüşündə misirli Əhməd Elsokkariyə 8:15 heabı ilə məğlub olub.

Xəbər 603 dəfə oxundu.