Nazir Azad Rəhimov Türkiyədə
Gənclər və idman naziri Azad Rəhimov sentyabrın 6-dan 9-dək Türkiyədə rəsmi səfərdə olacaq.

Səfər zamanı, 2015-ci ildə şahmat üzrə Dünya Kuboku yarısının və 2016-ci ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasının Bakıda keçirilməsi Türkiyədə müzakirə olunacaq.

Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti K.İlyumjinovun Azərbaycana səfəri zamanı Azərbaycanda 2015-ci ildə şahmat üzrə Dünya Kuboku yarısının və 2016-ci ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasının keçirilməsi barədə ilkin razılığa gəlinmişdi.

Məhz, 7-9 sentyabr 2012-ci il tarixdə İstanbul şəhərində keçiriləcək Beynəlxalq Şahmat Federasiyasının Baş Assambleyasında həmin tədbirlərin ölkəmizdə keçirilməsi ilə əlaqədar təqdimatı olacaq.

Xəbər 1451 dəfə oxundu.